Britaniya kralı III Çarlz qardaşından ordenləri də aldı-Endryu titulsuz qaldı

Britaniya kralı III Çarlz qardaşı Endryunü qalan bütün titullarından məhrum edib.

AzPost bildirir ki, bu barədə Britaniya hökumətinin rəsmi nəşri olan The Gazette məlumat yayıb.

Bu, qərar Endryunun maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə bağlı qalmaqal fonunda verilir.

Nəşrdə bildirilir ki, Kral Endryu Albert Kristian Edvard Mauntbatten-Vindzorun 23 aprel 2006-cı il tarixli “Ən Nəcib Qarter Ordeninin Cəngavər Yoldaşı təyin edilməsi” qərarının ləğv edilməsini və adının həmin Ordenin reyestrindən çıxarılmasını göstəriş verib.

Qarter Ordeni Birləşmiş Krallıqda ən qədim və ən yüksək cəngavərlik ordenlərindən biridir. III Çarlz həmçinin Endryunun Kral Viktoriya Ordeninin Cəngavəri titulundan məhrum edilməsini əmr edib. Keçmiş şahzadə 2011-ci ilin fevral ayından bəri həmin ordenin üzvü idi.

6 noyabrda Endryu rəsmi olaraq Şahzadə titulundan və digər titullarından məhrum edilib. Lakin Epşteyn işi ilə bağlı qalmaqala görə, o, 2019-cu ildən bəri kral ailəsinin üzvü kimi vəzifələrini yerinə yetirmir. Keçmiş şahzadə həmçinin təcavüzdə ittiham olunurdu, lakin o, bunu təkzib edir.

25 noyabrda bildirilib ki, Orta və Şərqi Antrim (Şimali İrlandiyada bir qraflıq) hakimiyyəti Karrikferqus şəhərində 1986-cı ildən bəri Endryu adını daşıyan küçənin adını dəyişdirmək qərarına gəlib. Onlar buraya Kraliça II Yelizavetanın adının verilməsini təklif ediblər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.