Britaniya kralı Zelenski ilə görüşüb

Kral III Çarlz Londonda “iradəli ölkələr koalisiyası” adlanan formatda keçiriləcək sammitdə iştirak etmək üçün Böyük Britaniyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Kralla görüşdən sonra Zelenski Britaniyanın Baş naziri Kir Starmerlə Dauninq Stritdə bir araya gələcək. Daha sonra Ukrayna Liderinin Danimarka və Niderlandın Baş nazirləri, eləcə də NATO-nun Baş katibi ilə görüşü planlaşdırılır.

Günün ikinci yarısında isə sammit keçiriləcək və 20-dən çox ölkə lideri iclasa onlayn şəkildə qoşulacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.