Britaniya Moldova və Gürcüstana pul ayıracaq- Rusiyanın müdaxiləsindən qorunmaları üçün

Britaniya Rusiyanın müdaxiləsinə qarşı çıxa bilmələri üçün Moldova və Gürcüstana 10,5 milyon funt sterlinq (12,6 milyon dollar) ayıracaq.

Azpost.info xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.

Yardımı açıqlamaq üçün Britaniya xarici işlər naziri Ceyms Kleverli martın 16 və 17-də Moldova və Gürcüstana səfər edəcək.

Vəsaitin iqtisadi islahatlara, o cümlədən enerji sektoruna yönəldiləcəyi deyilir.

XİN rəhbəri Gürcüstanda Londonla əməkdaşlığı, o cümlədən müdafiə və kibertəhlükəsizlik sahəsində Rusiyanın təxribatçı müdaxiləsinə qarşı tədbirləri müzakirə edəcək

Britaniya hökumətinin açıqlamasında o da qeyd olunur ki, demokratiyanın gücləndirilməsinə kömək etmək, 2024-cü ildə azad və ədalətli seçkilər üçün şərait yaratmaq, onları kənar müdaxilələrdən qorumaq üçün Gürcüstana əlavə 500 min funt sterlinq ayrılacaq.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.