Britaniya Parlamentində 20 Yanvar hadisələri yad edilib

Britaniya Parlamentinin İcmalar Palatasında 20 Yanvar faciəsinin ildönümünün qeyd edilməsinə həsr olunmuş ilkin qanunvericilik təşəbbüsü irəli sürülüb.

Azərbaycanın Britaniyadakı səfirliyindən verilən xəbərə görə, qanunvericilik təşəbbüsündə Parlament tərəfindən 1990-cı il 20 yanvar tarixində Sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində həlak olan 150 mülki şəxsin xatirəsinin anıldığı qeyd olunub.

Parlamentdə Azərbaycanla Dostluq Qrupunun sədri Bob Bləkmən tərəfindən irəli sürülmüş bu təşəbbüslə Britaniya Parlamentinin bütün üzvləri 20 Yanvar hadisələrini yad etməyə çağırılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.