Böyük Britaniya hökuməti Rusiyadan olan 92 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib.
Azpost.info xəbər verir ki, məhdudiyyətlərə Moskva merinin müavini Maksim Liksutov, Rəqəmsal inkişaf naziri Maksut Şadayev, gimnast Alina Kabayevanın anası Lyubov və Tula vilayətinin qubernatoru Aleksey Dyumin də məruz qalıb.
“Rostex” və Almaz-Ateem” ilə əlaqəli olan 34 nəfərə, “Rosatom” və “Qazprom”la əlaqəli bir sıra şəxslərə, həmçinin “Aeroflot” rəhbərliyinin nümayəndələrinə də sanksiya tətbiq olunub.
Bundan başqa, Britaniya Rusiyanın keçmiş müdafiə naziri, prezident administrasiyası rəhbərinin müavini Aleksey Kozakın oğlu Anatoli Serdyukova, “Şimal axını 2”nin baş direktoru Mattias Varniqa da sanksiyalar tətbiq edib.
London pilotsuz təyyarələr də daxil olmaqla, hərbi istehsalda istifadə oluna bilən təyyarə hissələrinin, radiotexnika və elektron komplektlərin ixracına da qadağa qoyub.
Tam siyahı Britaniya hökumətinin saytında dərc olunub.
Azpost.info