Britaniya şahzadəsi Keyt Midilton xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb

Uels şahzadəsi Ketrin (Keyt Midlton)xərçəng xəstəliyinə tutulduğunu və profilaktik kimyaterapiyadan keçdiyini açıqlayıb.

Xalqa videomüraciətində Ketrin yanvar ayında qarnında cərrahiyyə əməliyyatının uğurla keçdiyini və ilkin olaraq xəstəliyinin xərçəng olmadığını düşündüyünü söyləyib.

O qeyd edib ki, əməliyyatdan sonra aparılan testlər onun xərçəngin olduğunu aşkarlayıb.

Xatırladaq ki, Uels şahzadəsi bu ilin yanvarında əməliyyatdan sonra istirahətə çıxaraq rəsmi işlərdən uzaqlaşıb. Bu da onun haqqında çoxlu şayiələrin yayılmasına səbəb olub.

Qeyd edək ki, Uels şahzadəsi Ketrin Kral III Çarlzın böyük oğlu, şahzadə Vilyam ilə evlidir. Cütlüyün üç övladı var.

Əvvəlki məqalə

Yardımlı sakini 13 kiloqram narkotiklə saxlanılıb

Sonrakı məqalə

Moskvada törədilən terror aktından sonra Qırmızı Meydana giriş bağlanıb