Britaniya Ukrayna mallarına bütün rüsumları ləğv edir

Britaniya hökuməti tərəflər arasında azad ticarət sazişi çərçivəsində Ukraynadan gələn bütün mallara rüsumları sıfıra endirəcək.

Azpost.info xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.

“Ukrayna prezidenti Vladimir Zelenskinin birbaşa tələbi ilə rüsumlar sıfıra endiriləcək və bütün kvotalar ləğv ediləcək”, – məlumatda deyilir.

Britaniya hökuməti əmindir ki, belə bir addım Ukraynaya çətin anlarda iqtisadi dəstək verəcək. Bununla yanaşı, Britaniya Rusiyanın Ukrayna xalqını sıxışdırmaq üçün istifadə edə biləcəyi mal və texnologiyaların ixracına qadağa qoyulduğunu açıqlayıb. Belə mallar arasında monitorinq üçün avadanlıqlar da var.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.