Britaniya Ukraynanın əks-hücuma nə vaxt başlaya biləcəyini açıqladı

Ukrayna çətin ki, bu il əks-hücuma başlaya bilsin.

Azpost.info xəbər verir ki, bunu Britaniya müdafiə qərargahının rəisi, admiral Toni Radakin bildirib.

Onun sözlərinə görə, getdikcə daha çox ərazi Rusiyanın nəzarəti altına keçməyə başlayır.

Radakin ehtimal edib ki, Kiyev ən yaxşı halda yaya, ən pis halda isə gələn ilə qədər əks-hücum etmək imkanına malik olmayacaq.

Bu arada, Senatdakı demokratların lideri Çak Şumer bəyan edib ki, Ukrayna ABŞ-ın köməyi olmadan münaqişədə məğlub olacaq. Onun sözlərinə görə, Kiyevə yardımın koordinasiyası daha uzun davam etsə, o zaman NATO parçalanma ilə üzləşəcək.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.