Britaniya Ukraynada sülhməramlı missiyanın yaradılması planından imtina edib.
AzPost bildirir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.
London Ukraynaya 30 min hərbçi göndərməyi planlaşdırırdı. Bunun əvəzinə atəşkəsdən sonra fəaliyyət göstərəcək daha kiçik “təminat qüvvələri” təklif edib.
Yeni plan cəbhə xəttində yerləşdirmədən daha çox Ukraynanın qərbi üzərində hava patrullarına, qoşunların təliminə və Qara dənizdə minaların təmizlənməsinə yönələcək.