Böyük Britaniyada, ABŞ-da COVID-in yeni variantı olan Nimbus yayılır. Virus Avropa və Rusiyaya çata bilər.
AzPost “Daily Mail” nəşrinə istinadən bildirir ki, bu barədə həkimlər xəbərdarlıq edib.
Mütəxəssislərin fikrincə, təkcə Britaniyada son bir ay ərzində yoluxma hallarının sayı iki dəfə artıb. Əsas simptom boğazda şiddətli ağrıdır.
Həkimlər çoxsaylı xəstəliklər və peyvəndlər səbəbindən insanların immunitetinin əhəmiyyətli dərəcədə zəiflədiyini qeyd ediblər. İndi ekspertlər və əczaçılıq şirkətləri mutasiyaya uğrayan virusdan qorunmaq üçün daha güclü peyvənd üzərində işləyirlər.