Britaniyada 11 il əvvəl itmiş pişik yaşadığı ailəyə qayıdıb

Pişiyi xilas etmək üçün taksi ilə 650 kilometr yol getdi
Pişiyi xilas etmək üçün taksi ilə 650 kilometr yol getdi

Britaniyada 11 il əvvəl itmiş pişik yaşadığı ailəyə qayıdıb.

Azpost.info bildirir ki, bu barədə “İndependent” yazır. Heyvan sahibləri pişiyin qayıtmasını Milad hədiyyəsi adlandırıblar.

Tobi adlı pişik 2012-ci ildə Allan ailəsi yeni evə köçən zaman yoxa çıxıb. Bir qadın onu evdən bir neçə kilometr aralıda tapana qədər pişiyin taleyi haqqında heç nə məlum deyildi.

Həmin qadın Tobini heyvanların müdafiəsi təşkilatına təhvil verib. Orada ev heyvanına baxış keçirilərkən pişiyin üstündə sahiblərinin məlumatları olan mikroçip tapılıb. Bundan sonra könüllülər pişiyin sahibi Justini çağırıb ona şad xəbəri çatdırıblar.

Qadın bildirib ki, Tobinin qayıtmasına ən çox onun kiçik oğlu Çarli sevinir.

“O, pişik Çarlinin idi. Oğlum səkkiz yaşında pişik istədi, biz  12 yaşına çatanda ona Tobini verdik”, – britaniyalı qadın şərh edib.

Justin əlavə etdi ki, hazırda onların evində bir it də var. O, ev heyvanlarının dostlaşacağına ümid edir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.