Britaniyada 11 milyondan çox insana peyvəndin ilk dozası vurulub

07 Fevral 2021 - 22:34

Böyük Britaniyada 11 milyondan çox insana peyvəndin ilk dozası vurulub.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, hökumət fevral ayının ortalarına qədər 15 milyon insana, may ayına qədər isə 50 yaşdan yuxarı hər kəsə peyvəndin vurulmasını hədəfləyib.

Həmçinin ölkədə aparılan araşdırma zamanı “Oksford-AstraZeneca” şirkəti tərəfindən hazırlanan peyvəndin Cənubi Afrikada meydana gələn koronavirusun yeni növünə qarşı təsirli olduğu müəyyənləşib.

“Pfizer-BioNTech” və “Moderna” şirkətlərinə məxsus peyvəndlərin də ilkin nəticələrinə görə yeni variantlardan qoruduğu açıqlanıb.