Masallıda yol qəzasında 5 nəfər xəsarət alıb –2-si azyaşlı uşaqdır

Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Masallı rayonunun Təklə kəndi ərazisində qeydə alınıb.

Həmin kəndin sakini Ümid Zahid oğlu Tağıyevin idarə etdiyi “Hyundai” markalı 99-ZO-994 dövlət qeydiyyat nişanlı avtomobil ilə Çaxırlı kənd sakini, Namiq Cəfərovun idarə etdiyi “VAZ-2106” markalı 44-CA-448 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-2106” markalı avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan biri qadın, ikisi kişi, ikisi isə uşaqdır.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Badamdar yamacında sürüşmə davam edir –

Sonrakı məqalə

Britaniyada 11 milyondan çox insana peyvəndin ilk dozası vurulub