Britaniyada 16 yaşdan aşağı uşaqlara sosial mediaya giriş qadağan olunur

Britaniyada Mühafizəkarlar partiyası hakimiyyətə gələrsə, 16 yaşdan aşağı şəxslərin sosial media platformalarına çıxışını qadağan etməyi planlaşdırır.

BBC  xəbər verir ki, partiya bu addımı belə bir məhdudiyyəti ilk tətbiq edən ölkə olan Avstraliyanın təcrübəsinə əsaslanaraq atmaq niyyətindədir. Mühafizəkarların lideri Kemi Badenok bildirib ki, partiyası hökumətdə olarsa, məktəblərdə smartfonlardan istifadə də qadağan ediləcək. Onun sözlərinə görə, yaş məhdudiyyəti uşaqları qorumaqla yanaşı, böyüklərin seçim azadlığını da saxlayacaq.

Qeyd edək ki, Avstraliyada 16 yaşdan aşağı şəxslərin əsas sosial media platformalarından istifadəsinə qadağa qoyulmasından artıq bir ay keçir. Mühafizəkarlar hesab edirlər ki, oxşar tədbirlər uşaqların psixi sağlamlığının və təhsilinin qorunmasına, eləcə də onlayn mühitdə zərərli məzmunun qarşısının alınmasına kömək edəcək. Partiya “TikTok” və “Snapchat” daxil olmaqla, sosial media şirkətlərinin yaşın təsdiqlənməsi üçün xüsusi mexanizmlər tətbiq etməsini istəyir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.