Britaniyada koronavirusdan ölənlərin sayı 14 minə yaxınlaşır

16 Aprel 2020 - 18:40

Böyük Britaniyada son sutka ərzində 861 nəfər COVID-19 virusundan vəfat edib.

APA-nın “Guardian”a istinadən verdiyi xəbərə görə, bununla da Böyük Britaniyada indiyədək koronavirusdan ölənlərin sayı 13 729 nəfərə çatıb.