Britaniyada arxeoloqlar Sirli Stounhend yaxınlığında itmiş çuxurlar zəncirini aşkar ediblər. AzPost xəbər verir ki, məlumata görə, bu zəncir 20-dən çox çuxurdan ibarətdir, bəziləri 10 metr dərinliyində və 5 metr enindədir və daha bir milə yaxın diametrdə yayılan yay şəklində düzülüb.
Zəncirin mərkəzində Darrrington-Uolls və Vudhendj kimi qədim abidələr yerləşir. Təxminən 4500 il əvvəl, Neolit dövründə insanlar tərəfindən inşa edilmiş bu çuxurlar böyük planlaşdırma və əmək tələb edib. Arxeoloqlar bunun bir “kosmoloji bəyanat” olduğunu bildirirlər.
Birləşmiş metodlardan istifadə edilərək, çuxurların təbii olmadığı, insan tərəfindən qazıldığı müəyyən edilib. Elektrorəzisitiv tomoqrafiya, radar və maqnit görüntüləmə, eləcə də optik stimullaşdırılmış luminesensiya və torpaq nümunələrindən bitki və heyvan DNT-lərinin çıxarılması bu nəticələri təsdiqləyib.
P. Vinsent Qaffni, Bradfrod Universitetinin professoru, deyir ki, bu abidə Neolit dövrü Britaniyasının ən böyük tarix öncəsi abidələrindən biridir və cəmiyyətin təşkilatlanma və dini məqsədlərlə minlərlə insanı bir araya gətirmə qabiliyyətini göstərir.
Araşdırmalar həmçinin göstərir ki, çuxurların yerləşdirilməsi mükəmməl dairə əmələ gətirir və bu, qədim britaniyalıların sayma sisteminə malik ola biləcəyini göstərir. Lakin professor Qaffni qeyd edir ki, çuxurların tikilmə səbəbini bəlkə də heç vaxt tam müəyyən etmək mümkün olmayacaq.