Britaniyada səsvermə hüququ 16 yaşa endirilir

Birləşmiş Krallıq hökuməti səsvermə yaşının 18-dən 16-ya endirilməsi üzərində işləyir.

Bu barədə Baş nazirin müavini Ancela Reyner məlumat verib.

“Gənclər işləyərək, vergi ödəyərək, orduda xidmət edərək cəmiyyətə töhfə verirlər. Bu səbəbdən onların özlərinə aid məsələlərdə fikir ifadə etmələri normaldır” – deyə Reyner bildirib.

Ekspertlərin qənaətinə görə, hökumət bu yolla seçkidə zəif iştirak problemini aradan qaldırmaq istəyir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.