Britaniyada uşaqların sosial şəbəkədən istifadəsinə qadağa qoyulacaq

Böyük Britaniya hökuməti uşaqların sosial media platformalarında keçirdiyi vaxtı məhdudlaşdırmaq üçün daha sərt onlayn təhlükəsizlik tədbirləri tətbiq etməyi nəzərdən keçirir.

BBC xəbər verir ki, təşəbbüs çərçivəsində sosial şəbəkə tətbiqlərində istifadə müddətinə gündəlik iki saatlıq limit və axşam saat 22:00-dan sonra qadağa qoyulması təklif olunur.

Texnologiya naziri Piter Kayl bəzi tətbiqlərin və ağıllı telefonların asılılıq yaradan təbiətini araşdırdıqlarını bildirib. O, uşaqların onlayn təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.