Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Britaniyada xərçəngin müayinəsi üçün üçün yeni test üsulu hazırlanıb

User 14 Oktyabr 2025 - 13:00 (Last updated: 14 Oktyabr 2025 - 08:33)
hekim tezyiq

Böyük Britaniyada alimlər çoxsaylı mieloma (multiple myeloma) adlanan mürəkkəb qan xərçəngi növü ilə bağlı yeni genetik test üsulu hazırlayıblar.

“The Independent” xəbər verir ki, tədqiqatın nəticələrinə görə, bu test xəstəliyin müalicədən sonra 18 ay ərzində yenidən qayıtma ehtimalını dəqiq proqnozlaşdıra bilir. Yeni yanaşma ənənəvi testlərin müəyyən edə bilmədiyi gizli riskləri aşkarlamağa imkan verir və bu, Böyük Britaniyada sözügedən xəstəlikdən əziyyət çəkən minlərlə insan üçün mühüm irəliləyiş ola bilər.

Çoxsaylı mieloma sümük iliyində anormal ağ qan hüceyrələrinin, plazma hüceyrələrinin nəzarətsiz çoxalması nəticəsində yaranır. Bu, sümüklərdə ağrılar, başağrısı, əzələ zəifliyi kimi simptomlarla müşayiət olunur. Hazırda Böyük Britaniyada təxminən 33 min nəfər bu xəstəliklə yaşayır və hər il təqribən 6 min 300 yeni hal qeydə alınır.

Xəstəlik hələlik tam müalicə olunmur, lakin müasir terapiya üsulları remissiya mərhələsinə nail olur. Bununla belə, əksər xəstələr 18 ay ərzində yenidən xəstəliyin təkrarlanması ilə üzləşir. Xərçəng Araşdırmaları İnstitutunun (ICR) alimləri bildiriblər ki, ənənəvi DNT testlərini yeni RNT analizləri ilə birləşdirmək xəstəliyin erkən təkrarlanma riskini daha dəqiq müəyyən etməyə və pasiyentlər üçün fərdiləşdirilmiş müalicə planı hazırlamağa imkan verəcək.

Hazırda DNT profilləşdirməsi xərçəng üzrə ixtisaslaşmış tibb mərkəzlərində və klinik sınaqlarda tətbiq olunur. Bu üsul mieloma hüceyrələrində baş verən genetik mutasiyaları müəyyənləşdirərək xəstəliyin nə dərəcədə aqressiv olduğunu təyin etməyə kömək edir. Digər tərəfdən, yeni gen ifadə testləri xərçəng hüceyrələrində müəyyən genlərin aktivliyini ölçür. Bu zaman RNT molekullarının fəaliyyətinə baxılır.

AzPost.az

Post navigation

Previous: Almaniyada müflis olan şirkətlərin sayı ən yüksək həddə çatır
Next: Sabah MSK Ramil Həsənin deputatlıq fəaliyyətinə xitam verəcək

Oxşar xəbərlər

DEMIRYOLU
  • Dünya

Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı

User 05 Noyabr 2026 - 22:11
melani rus ukr
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi

User 05 Noyabr 2026 - 21:38
tramp zelenski
  • Dünya

Tramp seçkilərdən sonra Ukraynaya təzyiqi artıra bilər – Zelenskini nə gözləyir?

User 05 Noyabr 2026 - 21:00

xƏBƏR

Yuxusuzluq
  • Maraqlı

İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb

User 05 Noyabr 2026 - 23:00
Gün ərzində iş, ailə və gündəlik qayğılarla məşğul olan insan axşam yatağa uzananda qəfil narahatlıq hiss edə,...
Read more about İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb
Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik memur33
  • Sosial

Məzuniyyətə çıxmayan işçilərə pul veriləcək? – Əmək Məcəlləsinə yeni dəyişiklik

User 05 Noyabr 2026 - 22:35
Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı DEMIRYOLU
  • Dünya

Rusiya və İran Rəşt–Astara dəmir yolu ilə bağlı sənədləri imzaladı

User 05 Noyabr 2026 - 22:11
Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq bank
  • İqtisadiyyat

Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq

User 05 Noyabr 2026 - 22:04
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi melani rus ukr
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini qəbul etdi – Putinə və Zelenskiyə məktub göndərdi

User 05 Noyabr 2026 - 21:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.