Britaniyanın Baş naziri Boris Conson hələ də xəstəxanadadır

Baş nazir Boris Cohnson gecəni koronavirusa görə xəstəxanada keçirməsinə baxmayaraq, “hələ də hökumətə rəhbərlik edir”.

Bu sözləri Britaniyanın mənzil təsərrüfatı naziri Robert Jenrik bildirib.

Bazar günü, axşam saatlarında qızdırma da daxil “davamlı simptomları” olan Baş nazir bir sıra testlərdən keçmək üçün London xəstəxanasına aparılıb. Deyilənə görə, bu, onun həkiminin məsləhəti ilə “profilaktik addım” kimi edilib.

10 gün əvvəl 55 yaşlı Boris Consonun koronavirus testi müsbət nəticə verib.

Xarici İşlər naziri Dominik Raab bazar ertəsi səhər hökumətin koronavirusla bağlı iclasında Baş nazirin əvəzinə sədrlik etməlidir. Ötən ay Baş nazirin mətbuat katibi bildirib ki, cənab Johnson xəstə olacağı və işləyə bilməyəcəyi halda, cənab Dominik Raab birinci dövlət katibi kimi onu əvəz edəcək.

Robert Jenrick BBC Breakfast proqramına deyib: “Ümid edirik ki, bu testlər nəticəsində [Baş nazir] Downing Street-ə mümkün qədər tez qayıda biləcək. O, hökumətə rəhbərlik edərək gərgin işləyir və daim son məlumatlar almaqdadır. Bu, bundan sonra da davam etdiriləcəkdir.”

Hazırda Britaniyada koronavirusa yoluxanların sayı 48541, ölənlərin sayı isə 4934-dür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə koronavirusdan ölənlərin sayı 649 nəfərə çatıb

Sonrakı məqalə

ABŞ-da koronavirus diaqnozu ilə ölənlərin sayı 10 mini keçib