Britaniyanın xəstə kralının arvadının tətilə getməsi çaşqınlıq yaradıb

Britaniya kralı III Çarlzın 76 yaşlı həyat yoldaşı Kamilla istirahətə yollanır. Kraliça İngiltərəni şəxsi təyyarəsi ilə tərk etməyi planlaşdırır.

Azpost.info bildirir ki, bu barədə Daily Mail yazır.

“O, yola düşməzdən əvvəl bir gününü ailəsi ilə ünsiyyətə həsr edəcək. Ərinin ciddi xəstəliyinə baxmayaraq Kamillanın istirahətə getməsi çaşqınlıq yaradıb. Lakin mənbələrin dediyi kimi, Çarlz özü həyat yoldaşını fasilə verməyə inandırıb”- “deyə Daily Mail yazır.

Nəşrin məlumatına görə, söhbət planlaşdırılmış tətildən gedir. Kamilla onu dənizdə keçirəcək. III Çarlzın həyat yoldaşı martın 11-nə qədər qayıtmağı planlaşdırır. Həmin gün o, Vestminster Abbatlığında Birlik Günündə iştirak etməlidir.

eonline.com saytının məlumatına görə, kraliçanın olmadığı müddətdə monarxın bütün vəzifələrini şahzadə Uilyam öz üzərinə götürəcək.

Çarlz III-ə xərçəng diaqnozu qoyulub. Britaniya hökuməti monarxın vəfat edəcəyi halda hərəkət planını hazırlayıb.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan sahibkarları Rusiyaya ən mühüm malların ixracını artırıblar –

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri