Britaniya XİN rəhbəri İsraildə səfərdədir- Netanyahu ilə görüşəcək

Britaniyanın xarici işlər naziri Ceyms Kleverli İsraildə səfərdədir.

Azpost.info xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

“Ceyms Kleverli bu gün günorta saatlarında İsrailə gəlib və orada hücumlardan sağ çıxanlarla görüşəcək”, – məlumatda deyilir.

İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, Kleverli səfər çərçivəsində İsrail prezidenti İsaak Hersoq, Baş nazir Benyamin Netanyahu və xarici işlər naziri Eli Koenlə görüşəcək.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.