Britaniyaya bu il rekord sayda miqrant gəlib

Bu il Böyük Britaniyaya rekord səviyyədə miqrant daxil olub.

2021-ci ilin iyunundan 2022-ci ilin iyununa qədər ölkəni tərk edənlərdən 504 min çox insan Böyük Britaniyaya gəlib.

Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, ölkəyə gələn immiqrantların sayının rekord həddə çatdığı 2021-ci ilin iyun-2022-ci ilin iyun ayları arasında Böyük Britaniyaya gələnlərin ümumi sayı 1,1 milyon nəfər olub. Rəsmi məlumatlar göstərir ki, sığınacaq üçün müraciətlər son 32 ilin ən yüksək həddinə qalxıb. Digər tərəfdən, eyni dövrdə 45 min Britaniya vətəndaşı ölkəni tərk edib.

Milli Statistika İdarəsinin Beynəlxalq Miqrasiya Mərkəzinin direktoru Cey Lindop bildirib ki, bu artım Əfqanıstan, Honq-Konq və Ukraynadan olan və ölkədə yaşamaq hüququ qazanan şəxslərin sayının çoxluğu ilə bağlıdır. Lindop epidemiya zamanı distant təhsil alan tələbələrin İngiltərəyə gəlişinin artması və insanların ailəvi səbəblərdən miqrasiya etməsi kimi amillərin də artıma səbəb olduğunu bildirib.

Lakin Britaniya hökuməti ölkəyə daxil olan və ölkədən çıxanların sayı arasındakı fərqi azaltmağa söz verib.

Əvvəlki məqalə

Ceyhun Bayramov Qazaxıstana gedib

Sonrakı məqalə

Ukraynada əhalinin 60 faizi evlərini tərk etməyib –