“Britiş Petrolium”dan şok addım –“Rosneft”dəki payından imtina etdi

Böyük Britaniyanın neft şirkəti BP Ukraynadakı müharibəyə görə Rusiyanın “Rosneft” şirkətinin 19,75%-lik payından imtina etdiyini bildirib.

Bu barədə TASS məlumat yayıb.

“BP-nin Direktorlar Şurası bu gün şirkətin “Rosneft”dəki payını ləğv edəcəyini açıqladı. BP 2013-cü ildən “Rosneft”də 19,75% paya sahibdir. Bundan əlavə, BP-nin baş icraçı direktoru Bernard Luni “Rosneft” direktorlar şurasını dərhal tərk edir”. “Rosneft”in digər direktoru, BP tərəfindən irəli sürülən, keçmiş baş icraçı direktor Bob Dadli də direktorlar şurasından istefa verir”, – məlumatda deyilir.

Qeyd olunur ki, bu qərar fonunda şirkət bundan sonra ehtiyatlarının həcmi, hasilatı və mənfəəti barədə “Rosneft”ə hesabat verməyəcək, həmçinin Rusiya şirkəti ilə digər birgə layihələrdən də imtina edəcək.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir