Böyük Britaniya fevralın 1-də Avropa İttifaqını rəsmi surətdə tərk etdiyinə görə, Avropa Parlamentinin sədri David-Mariya Sassoli Aİ-nin qalan üzvlərini həmrəylik nümayiş etdirməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, o, Böyük Britaniyanın Aİ-dən gedişini “öz yarası”, Avropanın bir çox siyasətçiləri isə “ailədə itki” adlandırıb.
Bildirilir ki, London preferensial ticari imkanlardan məhrum olacaq. Çoxları hesab edir ki, Aİ-nin bu addımı yerdə qalan üzvlərin Birləşmiş Krallıqdan nümunə götürməməsi üçün onlara ünvanlanmış mesajdır.