Əbu-Dabidə ən uzun əl sıxma mərasimi Ginnesin Rekordlar Kitabına düşüb

Birləşmiş Ərəb Əmirliklərində dünyanın ən uzun əl sıxma mərasimi keçirilib.

Belə ki, 1817 nəfərdən ibarət insan zənciri Əbu-Dabinin Umm Al Emarat parkında “Vahid dünya – tək mesaj” adlı tədbirdə bir-birinin əlini sıxaraq dünya rekorduna imza atıb.

AZƏRTAC Emirates informasiya agentliyinə istinadla xəbər verir ki, təşəbbüs Əbu-Dabi polis departamentinin gənclər Şurası tərəfindən Roma Papası Fransisk və Böyük Əl-Əzhar İmamının görüşməsinin birinci ildönümü münasibətilə irəli sürülüb. Həmin görüşdə insanların qardaşlığı haqqında sənəd imzalanmışdı. Mərasimdə BƏƏ-nin analıq məsələləri üzrə Ali şurasının sədri Fatima bint Mübarək və Tolerantlıq naziri Nəhyan bin Mübarək Əl Nəhyan iştirak ediblər.

Mərasimin sonunda Ginnesin Rekordlar Kitabının sertifikatı BƏƏ-nin yüksək vəzifəli şəxslərinə təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Fələstin ABŞ və İsrail ilə əlaqələrini kəsdiyini bəyan etdi –

Sonrakı məqalə

Brüssel Avropa İttifaqının qalan üzvlərini birliyə çağırıb