Mahmud Abbas:"Mən tarixə Qüdsü satan lider kimi düşməyəcəyəm"

Mahmud Abbas tarixə Qüdsü satan lider kimi düşmək istəmir.

AZƏRTAC xəbər verir ki, Ərəb Dövlətləri Liqası Xarici İşlər nazirlərinin Qahirədə keçirilən təcili iclasında Yaxın Şərq nizamlanmasına dair ABŞ tərəfindən hazırlanan planı kəskin tənqid edən Fələstin lideri Mahmud Abbas deyib: “Donald Trampın “Əsrin sövdələşməsi” adlandırdığı sözdə sülh planını rədd edirəm. Tarixə Qüdsü satan və ya ondan vaz keçən biri kimi düşməyəcəyəm. Qüds mənim deyil, hamımızındır”.

Bu plana görə, Qüds İsrail Dövlətinin bölünməz paytaxtı kimi nəzərdə tutulur. Fələstinlilər isə Şərqi Qüdsün bir neçə hissəsini onun ətrafı ilə birləşdirərək öz paytaxtlarını təşkil etmək imkanı qazanacaqlar. ABŞ Prezidenti sülh prosesinin şərti qismində Fələstin hakimiyyəti qarşısında Qəzza zolağının demilitarizasiyası, silahlı mübarizə metodlarından və HƏMAS hərəkatını dəstəkləməkdən imtina olunması tələbi qoyub. Prosesi irəlilətmək məqsədilə Vaşinqton 50 milyard dollar investisiya təklif edib.

Fələstinin bütün aparıcı hərəkatları bu təşəbbüsə qarşı çıxıblar. “Əsrin sövdələşməsi” tam və qəti şəkildə rədd olunub, amma biz hələ də sülhə inanırıq, – deyən Mahmud Abbas bildirib ki, Fələstin ABŞ və İsraillə bütün münasibətləri dayandırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Brüssel Avropa İttifaqının qalan üzvlərini birliyə çağırıb

Sonrakı məqalə

Bu gündən milyonlarla smartfonda WhatsApp işləməyəcək