Brüsseldə Aİ, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş keçiriləcək- Bu tarixdə

Mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

Bu barədə “Financial Times” adı açıqlanmayan üç rəsmiyə istinadən məlumat yayıb.

Bildirilib ki, sözügedən rəsmilərdən biri nəşrə açıqlamasında Brüsseldə baş tutacaq görüşün ölkələr arasında önəmli proqresin əlaməti olduğunu deyib.

Nəşrin məlumatında qeyd edilib ki, hər üç liderin daha sonra iyunun 1-də Moldovada keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronla görüşü planlaşdırılıb(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.