“Bu, bizim sülhməramlı fəaliyyətimizdə yeni mərhələdir” –Rusiya müdafiə nazirinin müavini

Ötən ilin payızında Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikası rəhbərlərinin səyləri və iradəsi ilə postsovet məkanında ən uzunmüddətli və qanlı münaqişələrdən birinin dayandırılmasına nail olunub”.

Bunu Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin bu gün Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində çıxışında deyib.

General bildirib ki, 2020-ci il 9 noyabr tarixli üçtərəfli qərarla Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ münaqişəsi zonasına yeridilib: “Rusiya sülhməramlıları ərazilərin minalardan təmizləyir, əsirlərin və həlak olan şəxslərin meyitlərinin mübadiləsi istiqamətində böyük iş görür, həmçinin qaçqınların daimi yaşayış yerlərinə qayıtmasına yardımçı olur.

Təbii ki, yerlərdə bu işə Azərbaycan və Ermənistan tərəfi böyük dəstək verir.

Bundan başqa, bölgədə stabil sülhün və təhlükəsizliyin təmin olunması məqsədilə Rusiya və Türkiyə Müdafiə nazirlikləri arasında Qarabağda atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə Birgə Mərkəzin yaradılmasına dair qarşılıqlı sıx əməkdaşlıq yaradılıb.

Bununla yanaşı, Azərbaycan rəhbərliyi tərəfindən bu cür gözəl Mərkəzin yaradılması və təminatı ilə bağlı böyük iş görülüb.

Əslində, bu, bizim sülhməramlı fəaliyyətimizdə yeni mərhələdir. Bizim Türkiyə hərbçiləri ilə əməkdaşlığımızın Suriyada çox gözəl nümunəsi var. Mən rusiyalı və türkiyəli hərbçilərə üzümü tutaraq bildirmək istəyirəm ki, burada sülhün nə qədər tez və dayanıqlı olması sizin fəaliyyətinizdən asılıdır. Hamıya uğurlar arzulayıram”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev və Ərdoğan telefonla danışdılar –

Sonrakı məqalə

Gömrük Komitəsinin əməkdaşları təltif ediliblər –