Bu gün günün birinci yarısında ölkə ərazisində havanın sabit, əsasən yağmursuz keçməsi müşahidə olunsa da, günorta saatlarında bəzi yerlərdə yağış yağacaq.
Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, əsasən Qazax-Gəncə, Balakən-Şəki, Quba-Xaçmaz rayonlarında yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa sel keçəcəyi istisna olunmur.