“Bu cinayət cəzasız qalmayacaq!”- Rusiya XİN-dən ultimatum

“Martın 2-də Bryansk vilayətində diversiya qrupunun törətdiyi cinayət cəzasız qalmayacaq”.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

“Biz baş verənlərdən müvafiq nəticələr çıxarmışıq. Rusiya istintaq orqanları araşdırma başladıb. Bu cinayət cəzasız qalmayacaq”, – XİN bəyan edib.

Rusiya Xarici İşlər Nazirliyi Bryansk vilayətindəki qətllərin NATO tipli silahlardan istifadə edilərək törədildiyini açıqlayıb.

Rusiya tərəfi iddia edir ki, martın 2-də Ukraynadan Bryansk vilayəti ərazisinə təxribat-kəşfiyyat qrupu daxil olub. FTX martın 2-də axşam saatlarında Bryansk vilayətində ukraynalı diversantların zərərsizləşdirildiyini elan edib.

Rusiya prezidenti Vladimir Putin Bryanska hücumu terror aktı adlandırıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.