Bu deputatlar YAP İdarə Heyətinə seçildilər

05 Mart 2021 - 13:49

“Partiyanın üzvlərinin sayı artıb. 6 partiya YAP-a qoşulmaq üçün müraciət edib. Eyni zamanda, onlar da bizim partiyamıza gələcəklər və sayımız daha artacaq».

Bu fikirləri Modern.az-a Yeni Azərbaycan Partiyasının başa çatan qurultayı barədə danışarkən Milli Məclisin deputatı Tahir Rzayev bildirib.

YAP-çı deputat qurultaydakı yeniliklıərdən də söz açıb: “YAP-ın Siyasi Şurası ləğv edilib. İdarə Heyətində üzvlərin sayı artmalı idi. Daha gənc və perspektivli şəxslər gəlməli idi. Bu da oldu. Azər Badamov, Cavid Osmanov, Tahir Mirkişili, Musa Quliyev, Ramin Məmmədov, Şahin İsmayılov, Pərvin Kərimzadə, Hikmət Babaoğlu kimi deputatlar İdarə Heyətinə seçildilər. Eldar İbrahimov, Əli Əhmədov və Arif Rəhimzadə də İdarə Heyətində qaldı. İdarə Heyətinin əksəriyyəti gənclərdir. Məlahət İbrahimqızı Nəzarət-Təftiş Komissiyasının üzvlüyünə düşüb. YAP rayon təşkilat sədrləri yerindədir. Siyavuş Novruzovun yerinə təyinat olmadı».