Qazaxıstan, Azərbaycan, BƏƏ və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir qrup ölkə Qəzza zolağının yenidən qurulması üçün yardım paketinə 7 milyard dollardan çox vəsait ayırıb.
Azpost.info-nun məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında bildirib.
“Region artıq radikalizm və terror yuvası deyil. Bu gün yaşadığımız vəziyyətə son qoymaq üçün Qazaxıstan, Azərbaycan, BƏƏ, Mərakeş, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveytin yardım paketinə 7 milyard dollardan çox vəsait ayırdığını məmnuniyyətlə elan edirəm”, – deyə Tramp bildirib.