Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bu dünyadan umacağı olmayan Zakir  Abbas

User 07 Noyabr 2023 - 22:29 (Last updated: 21 May 2025 - 20:15)
zakir abbas

Yaddaşımda, vaxtilə Azərbaycan Televiziyasında yayımlanan “Ocaq” verilişinin müəllifi və aparıcısı kimi qalan, Əməkdar jurnalist Zakir Abbasla tanışlığımın tarixi çox da uzaq deyil.​

25  il öncə, günlərin birində Əməkdar mədəniyyət işçisi, mərhum Maarif Teymur iş yerimə təşrif buyurmuşdu. Hal-əhval tutduqdan sonra o, mənə gətirdiyi kitabı təqdim etdi – Zakir Abbas “Kənar adam”. Maarif müəllim təklif etdi ki, bu  kitabın təqdimatını Masallıda keçirək. Dedim ki, mən kitabla tanış olandan sonra fikrimi deyərəm. Elə də oldu. Kitabın bədii ideyası, mövzunun aktuallığı məni necə tutdusa, üç gün keçməmiş razılığımı bildirdim və oxucuların iştirakı ilə təqdimat baş tutdu.
Müəllifin təkcə bu kitabını deyil, digər əsərlərini – mətbuatda dərc edilən publisistik yazılarını, sanballı məqalələrini oxuduqca, yaradıcılıq nailiyyətlərini izlədikcə bu dəyərli yazıçı, istedadlı jurnalistlə tanışlığımdan məmnun qaldım. Həmyerli kimi ara-sıra görüşlərimiz bizi bir-birimizə daha da yaxınlaşdırdı. İllər keçdikcə səmimi münasibətimiz dostluğa çevrildi.
Zakir Abbas dostluqda sədaqətlidir. Kiminlə dostluq edirsə aradakı isti münasibətləri qoruyub saxlamağa, güvənə biləcəyi, bölüşə biləcəyi insanı itirməməyə çalışır.
Hamıyla mehriban, səmimi münasibət saxlayır. Hətta ona qarşı haqsızlıq edənləri də heç nə olmamış kimi bağışlaya bilir.
Zakir Abbas milli-mənəvi dəyərlərimizin, çoxəsrlik mədəniyyətimizin, şifahi xalq ədəbiyyatımızın təbliğinə böyük önəm verib.

İctimai-sosial mövqeyindən asılı olmayaraq onun oxucuları, dinləyiciləri  bu maarifpərvər insanın yaradıcılığına, şəxsiyyətinə həmişə rəğbətlə yanaşıb. . Məhz bunun nəticəsidir ki, Zakir Abbas haqqında görkəmli ədəbiyyatşünaslar, sənətşünas alimlər, qələm dostları hər zaman yüksək fikirlər yazıblar.
Vaxta qarşı çox diqqətlidir, ötən hər bir andan səmərəli, məqsədəuyğun istifadə etməyə üstünlük verir. Yazıçı-publisist, jurnalist kimi bu gün də yorulmadan çalışan Zakir Abbas  onlarla məşhur dünya yazıçılarının  əsərlərini dilimizə tərcümə edib. Bu, onun yaradıclığının mühüm istiqamətlərindən biridir.
Hazırda çalışdığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrin ən çox sevdiyi müəllimlərdəndir Zakir Abbas. Hətta, onların ən yaxın dostu, sirdaşıdır desək, yanılmarıq. Çünki, çətin anda tələbələrinin müraciətlərini cavabsız qoymur, əlindən gələn köməyi əsirgəmir. Xatirimdədir, tanıdığım bir valideyn övladının hansısa  fənnən qiymətinin aşağı salındığından gileyləndi. Mən bu barədə Zakir müəllimlə danışanda bildirdi ki, belə hallar nadir halda olur. Hər müəllim istər ki, dərs dediyi tələbə çalışıb yüksək qiymət alsın… amma yenə də maraqlanaram. O, həmin tələbəni imtahan götürən müəllimin yanına apardı və kafedra müdirinin iştirakı ilə keçirilən imtahandan tələbə öz obyektiv qiymətini aldı. ​ ​ ​ ​ ​ ​
Zakir Abbas məlumatlı və maraqlı həmsöhbətdir. Odur ki, hamı onunla ünsiyyətdə olmaq istəyir, fikir mübadiləsi aparmaqdan yorulmursan, əksinə böyük zövq alırsan.

Zakir müəllimi dini- fəlsəfi mövzular çox maraqlandırır. O, “Kənar adam” kitabının titul səhifəsində belə bir fikir yazıb:-“Mən dindar deyiləm, Allah adamıyam”. Və tədqiqat xarakterli yazılarında bu fikri əsaslandırmağa çalışır. “Təsəvvüf-ilahi sirləri dərk etmək məqamıdır”, “Peyğəmbərlər din yaratmır”, “Məhəmməd peyğəmbər dini tolerantlığın banisidir” və mərhum böyük din alimi Şeyx Məhəmmədlə apardığı müsahibəni oxuyandan sonra Zakir Abbasın dini-fəlsəfi görüşünə rəğbətlə yanaşmalı olursan.

Yazılarının birində xalq yaradıcılığı və muğamın tarixi kökünə bələd olan Zakir müəllim  muğamı musiqi janrı kimi deyil, fəlsəfi konsepsiya (cərəyan) kimi səciyyələndirir və bunu dolğun, əhatəli şəkildə təhlil edir. Bəzən mənə elə gəlir ki, bu insanın dünyadan heç bir umacağı yoxdur. Onun üçün yaxşı adam, pis adam anlayışı da yoxdur, aqil və nadan, köklü və köksüz isan var.

Mən  sadə, səmimi təvazökar dostumu-  Zakir müəllimi yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıram.

​

Ayiq SƏMƏDOV
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı.

 

Post navigation

Previous: Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı paylaşım etdi
Next: Azərbaycan Zəfər Gününü qeyd edir

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

zelenski
  • Dünya

Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi

User 30 Oktyabr 2026 - 14:22
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə ərazi məsələsini şəxsi görüşdə müzakirə etməyə hazır olduğunu çatdırıb....
Read more about Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi
Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək serhed
  • Ölkə

Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək

User 30 Oktyabr 2026 - 14:17
Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
2035-ci ildə Ayda insanlar yaşayacaq? – Kosmik evlər və həyat necə olacaq? ayda yaşayiş
  • Maraqlı

2035-ci ildə Ayda insanlar yaşayacaq? – Kosmik evlər və həyat necə olacaq?

User 30 Oktyabr 2026 - 13:23
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.