Bu gecə Ramazanın sonuncu Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının sonuncu Qədr (Əhya) gecəsi olacaq.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Ramazanın 26-cı gününün axşamı da Qədr gecəsi sayılır. Bu il sonuncu Qədr gecəsi mayın 20-dən 21-nə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Ramazan ayının ilk Qədr gecəsi Ramazanın 18-ci gününə, yəni mayın 12-dən 13-nə keçən gecəyə, ikinci Qədr gecəsi Ramazının 20-ci gününə, yəni mayın 14-dən 15-nə keçən gecəyə, üçüncü Qədr gecəsi isə Ramazanın 22-ci gününə, yəni mayın 16-dan 17-nə keçən gecəyə təsadüf edib.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb. Mayın 24-ü Ramazan (Fitr) bayramıdır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir