Bu günə qədər Azərbaycanda koronavirusa yoluxanları sayı açıqlandı

Bu günə qədər Azərbaycanda 2 758 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, yoluxanlardan 1 789 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 934 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 30 nəfərin vəziyyəti ağır, 44 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 208 546 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

“Azərişıq”da kadr dəyişiklikləri baş verib