Bu gün Avropa Liqasının finalı keçiriləcək

26 May 2021 - 01:06

Bu gün Avropa Liqasında final oyunu keçiriləcək.

Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin həlledici qarşılaşması Polşanın Qdansk şəhərində baş tutacaq.

2020/21 mövsümünün qalibi “Vilyarreal”la “Mançester Yunayted” arasında görüşdə bəlli olacaq. İndiyədək heç bir titulu olmayan İspaniya təmsilçisi ilk uğurunu Avropa səhnəsində gerçəkləşdirməyə çalışacaq. 2016/17 mövsümündə Avropa Liqasının qalibi olan Mançester təmsilçisi isə uğurunu təkrarlamaq üçün meydana çıxacaq.

Qdansk stadionundakı matçın baş hakimi fransalı Klemen Turpin olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Avropa Liqası
Final
26 may
23:00. 
“Vilyarreal” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
Baş hakim: Klemen Turpin (Fransa)
Qdansk. Qdansk stadionu