Bu gün Avstriya – Türkiyə oynayacaq, 1/8 final yekunlaşır-AVRO-2024

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/8 final oyunlarına yekun vurulacaq.

Baş tutacaq iki qarşılaşmadan sonra 1/4 final mərhələsinin bütün iştirakçıları məlum olacaq.

Günün ilk matçında E qrupunu lider tamamlayan Rumıniya ilə D qrupunun üçüncüsü Niderland millisi qarşılaşacaq. Görüş Münhendəki “Alyans Arena”da keçiriləcək.

Digər qarşılaşmada isə D qrupunu ilk sırada başa vuran Avstriya və F qrupunda ikinci pilləni tutan Türkiyə yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyun Leyptsiq şəhərindəki “Red Bull Arena”da reallaşacaq.

AVRO-2024

1/8 final

2 iyul

20:00. Rumıniya – Niderland

Baş hakim: Feliks Şvayer (Almaniya).

Münhen, “Alyans Arena”.

23:00. Avstriya – Türkiyə

Baş hakim: Artur Diaş (Portuqaliya).

Leyptsiq, “Red Bull Arena”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.