Bu gün “Azovstal”dan dinc sakinlərin təxliyəsi gözlənilir

Bu gün Mariupoldakı “Azovstal” zavodunun ərazisindən dinc sakinlərin təxliyəsi gözlənilir.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” Ukrayna Prezident Aparatındakı mənbəyə istinadən məlumat yayıb. “Bu gün mülki şəxslərin zavoddan çıxarılması üçün əməliyyat planlaşdırılır”, – Ukrayna hökumətindən agentliyə bildiriblər. Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski BMT-nin baş katibi Antoniu Quterreşin Kiyevə səfəri zamanı tərəflərin Mariupoldan ukraynalıların təxliyəsini təşkil etmək barədə razılığa gəldiyini bildirib.

 

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanın Ukraynadakı səfirliyi fəaliyyətini bərpa edib

Sonrakı məqalə

“Ermənistan təcrid olunmuş ada kimi yaşamağa davam edə bilməz”-