Bu gün Bakının 554 küçəsi yuyulub

Xəbər verdiyimiz kimi, sentyabrın 2-də paytaxtda Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə təmizlik və abadlıqla bağlı növbəti daxili iməcilik keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, səhər saatlarından etibarən qurumun kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 554 əsas küçə və prospekti, həmçinin qəsəbələrdəki yolların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması təmin edilib və eyni zamanda, digər təmizlik və abadlıq işləri həyata keçirilib.

Qeyd edək ki, paytaxtın bütün rayonlarını əhatə edən belə iməciliklər Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfədir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.