“Bu gün bizim bütün diaspor təşkilatlarımız ayaqdadır” –Fuad Muradov

“Bütün bu təxribatların, hücumların məqsədi Azərbaycanın dinc əhalisini qorxutmaqdır.  Amma buna nail ola bilməyəcəklər”.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Sputnik Azərbaycan-a eksklüziv müsahibəsində bunu bəyan edib. Gəncəyə Ermənistanın raket hücumunu şərh edən Muradov iri diaspor təşkilatlarını bu terror aktına reaksiya verməyə çağırıb. “Bir daha bizim diasporun bu məsələdəki rolunu vurğulamaq istəyirəm. Bu gün bizim bütün diaspor təşkilatlarımız ayaqdadır. Onlar 50 ölkədə erməni yalanlarını ifşa etməklə, informasiya blokadasını qırmaqla məşğuldurlar”, – Komitə sədri vurğulayıb.

Muradov qarşı tərəfin hazırda apardığı diaspor fəaliyyətinə də toxunub: “Erməni diasporu vəsait toplayır, onlar bu barədə açıq şəkildə bildirirlər. Deyirlər ki, biz bu vəsait hesabına, məsələn, 5 tank, yaxud 3 zirehli hərbi texnika alacağıq. Və həmin qeyri-leqal təşkilatların bu cür təşəbbüsünü dəstəkləyənlər bəlkə də bunu başa düşmürlər. Ona görə də bunu onların nəzərinə çatdırmaq lazımdır. Onlar başa düşməlidirlər ki, Ermənistanın hazırkı rejiminin rəhbərliyi o insanların özlərinin məhvinə, hətta həmin diaspor təşkilatlarının özü üçün çox ağır nəticələrə səbəb olacaq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yaşı 65-dən yuxarı olanlara evdən çıxmamaq tövsiyə edilir –

Sonrakı məqalə

“Məhdudlaşma qərarı repetitor fəaliyyətinə şamil edilmir” –