“Məhdudlaşma qərarı repetitor fəaliyyətinə şamil edilmir” –OPERATİV QƏRARGAH

“Operativ Qərargahın qərarı repetitor fəaliyyətinə şamil edilmir”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Təhsil naziri deyib ki, hazırda iqtisadi fəaliyyətə təsir edən addımlar atılmayıb: “Repetitor fəaliyyəti də müvafiq qaydalara əməl edilərək davam etdirilərsə, onların fəaliyyətində hər hansı problem olmaz.

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, təhsil kursları ilə bağlı bəlli tələblər var: “Kurslarda daha çox yuxarı sinfilərin şagirdləri iştirak edir. Həmin uşaqların maska taxmasına, qaydalara riayət etməsinə nəzarət etmək də daha asandır”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bu gün bizim bütün diaspor təşkilatlarımız ayaqdadır” –

Sonrakı məqalə

Azərbaycanda oktyabrın 15-dək 546 şagird, 186 təhsil işçisi koronavirusa yoluxub –