Bu gün Çempionlar Liqasının qalibi bəlli olacaq

Bu gün UEFA Çempionlar Liqasında 2023-2024-cü illər mövsümünə yekun vurulacaq.

Finalda Almaniyanın “Borussiya Dortmund” və İspaniyanın “Real Madrid” komandaları üz-üzə gələcək. İngiltərənin paytaxtı London şəhərində yerləşən “Uembli” stadionunda oynanılacaq görüş 23:00-da start götürəcək.

Matçı Sloveniyadan olan referi Slavko Vinçiç idarə edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.