Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Oktyabrın 11-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə 22 ailə, yəni 59 nəfər köçürülüb.
Bununla da Füzuli şəhərində 187 ailə, yəni 661 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış bu ailələr bundan sonra öz doğma şəhərlərində – Füzulidə yaşamağa başlayacaqlar. Köç prosesi mərhələli şəkildə davam edəcək.
Onu da bildirək ki, Füzuli sakinlərinin doğma şəhərinə qayıdışına bu il avqustun 18-də başlanılıb.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən binalarda yaşayırlar.