Bu gün daha üç oyun keçiriləcək –

-AVRO-2020
17 İyun 2021 - 09:58

Futbol üzrə Avropa çempionatı davam edir. Bu gün daha üç qarşılaşma baş tutacaq.

Əvvəlcə C qrupu çərçivəsində Ukrayna və Şimali Makedoniya yığmaları üz-üzə gələcəklər.

Günün ikinci matçı B qrupunda Danimarka və Belçika yığmaları arasında baş tutacaq.

C qrupunun digər oyununda isə Niderland və Avstriya milli komandaları qarşılaşacaq.

AÇ-2020
17 iyun
C qrupu

17:00. Ukrayna – Şimali Makedoniya
Buxarest. “National Arena”.

B qrupu

20:00. Danimarka – Belçika
Kopenhagen. Parken stadionu.

C qrupu

23:00. Niderland – Avstriya
Amsterdam. “Yohan Kroyf Arena”.