Bu gün Hacı Əliyev qızıl medal üçün güləşəcək –TOKİO-2020

Tokio-2020 Yay Olimpiadası davam edir.

Bu gün Azərbaycanın 9 idmançısı gücünü sınayacaq ki, onlardan dördü günü mükafatla bitirə bilər. Belə ki, bir gün öncə mübarizəyə qoşulan üç güləşçimizdən Hacı Əliyev qızıl, Mariya Stadnik bürünc uğrunda, Şərif Şərifov isə təsəlliverici görüşlərdən sonra bürünc uğrunda mübarizə aparacaq.

Bu gün yarışa start verəcək İrina Zaretska da medal mübarizəsi aparacaq. Karateçimiz mübarizəyə qrup mərhələsindən başlayacaq və günü mükafatla bitirməyə çalışacaq.

Bədii gimnastika üzrə qrup hərəkətləri ilə komandamızın 5 üzvü isə final mərhələsinə vəsiqə üçün yarışacaq. Təmsilçilərimiz sabah da xalça üzərinə çıxmaq üçün bu gün uğur qazanmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zaqatalada məsciddə yanğın olub

Sonrakı məqalə

Ötən gün toylarda qaydaların pozulmasına görə 68 nəfər cərimələnib –