Zaqatalada məsciddə yanğın olub

Gecə saat 3 radələrində Zaqatalanın ən böyük məscidi sayılan, Yuxarı Tala kəndi ərazisində yerləşən Tala məscidində yanğın baş verib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Zaqatala Yanğından Mühafizə Hissəsinin iki yanğın söndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğının genişlənməsinin qarşısı dərhal alınıb.

Yanğın nəticəsində məscidin bir pəncərəsi və istilik sisteminin avadanlığı yanıb. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SSRİ-nin nüvə silahının yaradıcılarından olan fizik vəfat edib

Sonrakı məqalə

Bu gün Hacı Əliyev qızıl medal üçün güləşəcək –