Bu gün I sinif və məktəbəhazırlıq qruplarına qeydiyyat başa çatır

Bu gün saat 18:00-da mektebeqebul.edu.az elektron sistemində 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu prosesi başa çatacaq.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, valideynlər göstərilən tarixədək övladlarının elektron sistemdə qeydiyyatını etməli və müvafiq ümumi təhsil müəssisəsinə sorğu yerləşdirməlidirlər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.