Bu gün III tura start veriləcək –“Avro 2024”

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin III turuna start veriləcək.

A qrupunda keçiriləcək qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Əvvəlcə səkkizdəbir finala vəsiqəni təmin edən Almaniya millisi İsveçrə ilə qarşılaşacaq.

Digər görüşdə Şotlandiya Macarıstanı sınağa çəkəcək.

Almaniya 6 xalla turnir cədvəlinə başçılıq edir. İsveçrə seçməsi 4 xalla ikinci, 1 xallı Şotlandiya üçüncü, xalı olmayan Macarıstan isə sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.