Bu gün ilin son oyunları keçiriləcək –Misli Premyer Liqası

Bu gün Misli Premyer Liqasında ilin son oyunları keçiriləcək.

XVIII turda “Şamaxı” doğma meydanda “Sabah”ı qəbul edəcək. Görüş saat 14:00-da başlayacaq.

Meydan sahibləri 14 xalla 8-ci, qonaqlar isə 26 xalla 5-ci sıradadır.

Son matçda “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Matç 16:30-da başlayacaq.

Ağdam klubu 44 xalla turnir cədvəlinə başçılıq edir. Naxçıvan təmsilçisi isə 39 xalla 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” səfərdə “Səbail”i məğlub edib – 1:0. “Turan Tovuz” – “Neftçi” (1:1), “Kəpəz” – “Sumqayıt” oyunlarında isə heç-heçə qeydə alınıb.

Əvvəlki məqalə

Tramp Panama kanalının ABŞ-a qaytarılmasını tələb edib

Sonrakı məqalə

Moskvada pensiyaçılar bankomatları yandırır –